120 min partlayıcı aşkarlandı - DİN-dən ƏMƏLİYYAT
    • 29-11-2021, 12:44
    • 309

120 min partlayıcı aşkarlandı - DİN-dən ƏMƏLİYYAT

Qazax rayonunda avtomobildə 120 min 288 ədəd pirotexniki vasitə aşkarlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Birinci Şıxlı kənd sakini N.Qocayevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı sərnişini R.Mustafayevə məxsus 120 min 288 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb.