Operativ Qərargahdan Yeni il şənlikləri ilə bağlı QƏRAR
    • 29-11-2021, 19:16
    • 4 405

Operativ Qərargahdan Yeni il şənlikləri ilə bağlı QƏRAR

Bu gün Azərbaycan Baş naziri, COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib.

News24.az xəbər verir ki, iclasda pandemiya ilə bağlı hazırkı vəziyyət – yoluxmanın miqyası, xəstələrin müalicəsi, peyvəndlənmənin sürəti və miqyası, xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə nəzarət üzrə monitorinqlərin nəticələrinə dair məsələlər müzakirə olunub.

Qarşıdan gələn Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.

İclasda, habelə omikron ştamı və ona qarşı proflaktik tədbirlər müzakirə olunub və müvafiq hazırlıq işlərinə dair tapşırıqlar verilib.