Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıldı
    • 30-11-2021, 13:35
    • 290

Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıldı

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzrət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, şəhər sakini Ülkər Səfərovanın COVID-19 testi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Buna baxmayaraq, həmin şəxs yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən ictimai yerdə aşkarlanan qadın evinə geri qaytarılıb.

Ü.Səfərova barəsində Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.