Koronavirus xəstələri ictimai yerlərdə aşkar edildi - FOTO
    • 1-12-2021, 09:50
    • 233

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edildi - FOTO

Masallı rayon sakinləri T.Qurbanov və E.Quliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və onlara tətbiq olunan qaydalara riayət etmələri, yaşayış yerini tərk etməmələri tapşırılıb.

Bu barədə News24.az-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumata görə, Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq və xəstəliyin digər insanlara yoluxmasına real təhlükə yaradaraq yaşadıqları ünvanları tərk etdikləri müəyyən edilib. Həmin şəxslər tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar

Faktlarla bağlı araşdırma aparılır.