Avtobuslarda reyd - 40 nəfər cərimə olundu - VİDEO
    • 1-12-2021, 15:27
    • 207

Avtobuslarda reyd - 40 nəfər cərimə olundu - VİDEO

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq Baş İdarə və İdarələrinin əməkdaşları tərəfindən bölgələrdən, habelə Sumqayıt şəhər və Abşeron rayonunun kənd və qəsəbələrindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında reydlər davam etdirilir.

DİN-dən News24.az-a verilən məlumata görə, ötən gün keçirilən tədbirlər zamanı  paytaxt istiqamətində hərəkət edən 40-dan artıq sürücü və sərnişin sanitar-karantin rejiminə əməl etmədiyi üçün barələrində inzibati tədbir görülüb və onlar cərimə ediliblər. 

Qeyd edək ki, avtobuslarda yalnız polis əməkdaşını görən zaman tənəffüs yollarını qoruyan maskalardan istifadə edən bununla da virusun yayılmasına şərait yaradan sürücü və sərnişinlərin aşkar edilməsi üçün tədbirə mülki geyimli əməkdaşlar da cəlb olunub. 

Bir daha vətəndaşları qayda və tələblərə əməl etməyə çağırır və bildirirk ki, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.