Azərbaycandakı “CoronaVac” və “Sputnik V” EHTİYATI AÇIQLANDI
    • 1-12-2021, 18:02
    • 308

Azərbaycandakı “CoronaVac” və “Sputnik V” EHTİYATI AÇIQLANDI

Azərbaycanda olan “CoronaVac” və “Sputnik V” peyvəndlərinin ehtiyat miqdarı açıqlanıb.

İcbari Tibi Sığorta üzrə Dövlət Agentliyindən News24.az-a bildirilib ki, hazırda 2 milyon 376 min 845 doza “CoronaVac”, 20 000 doza “Sputnik V” vaksini anbarda ehtiyatda var.

Qeyd olunub ki, əlavə olaraq tibb müəssisələrində hazırda istifadə edilən vaksin dozaları mövcuddur.