İran-İraq sərhədində zəlzələ olub
    • 25-11-2018, 22:00
    • 2 557

İran-İraq sərhədində zəlzələ olub

İranda zəlzələ olub.

Yeraltı təkanlar Kermanşah vilayətində qeydə alınıb.
Bildirilir ki, yeraltı təkanlar 6,4 bal gücündə olub. Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi isə İran-İraq sərhədində də 6,3 bal gücündə zəlzələnin baş verdiyini xəbər verib.
Məlumata görə, yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib. Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.  

//Report