"Uşaq Avroviziya-2018"in qalibi Polşa oldu - FOTO - VİDEO
    • 25-11-2018, 22:49
    • 907

"Uşaq Avroviziya-2018"in qalibi Polşa oldu - FOTO - VİDEO

Belarusun paytaxtı Minskdə keçirilən "Uşaq Avroviziya-2018"in qalibi bəllidir.

Qalib Polşa təmsilçisi Roksana Venqel olub. O, ölkəsini sözügedən müsabiqədə "Anyone I Want To Be" (Kimsə olmaq istəyirəm) mahnısı ilə təmsil edib. Münsiflərin səsverməsindən sonra Polşa Top 3-də yer almasa da, tamaşaçıların səsverməsi sayəsində Polşa qalibiyyəti əldə edib. Polşadan sonrakı yerlərdə Fransa və Avstraliya qərarlaşıb.

Minsk Arenada" keçirilən final yarışında 20 ölkənin nümayəndəsi iştirak edib. Azərbaycanı müsabiqədə "I wanna be like you" (Sənin kimi olmaq) mahnısı ilə Fidan Hüseynova təmsil edib. Fidan mahnını həm Azərbaycan, həm də ingilis dillərində ifa edib. Amma təəssüf ki, səsvermələr nəticəsində 16-cı yerdə qərarlaşıb. 

F. Hüseynovanın müsabiqədən çıxışını təqdim edirik:

Azər NƏSİBOV