Azərbaycanda daha 1 772 nəfər KORONAVİRUSA YOLUXDU

Azərbaycanda daha 1 772 nəfər KORONAVİRUSA YOLUXDU
SOSİAL

2-12-2021, 16:46

Mətn ölçüsü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1772 yeni yoluxma faktı qeydə alınıb, 2103 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 591 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 558 819 nəfər müalicə olunaraq sağalıb, 7905 nəfər vəfat edib, aktiv xəstə sayı 25 161 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 341, ötən müddət ərzində isə ümumilikdə 5 565 190 test aparılıb.