Elçin Quliyev helikopter qəzasında həlak olan hərbçilərin məzarlarını ziyarət etdi - FOTOLAR
    • 2-12-2021, 18:00
    • 534

Elçin Quliyev helikopter qəzasında həlak olan hərbçilərin məzarlarını ziyarət etdi - FOTOLAR

Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olmuş hərbi qulluqçular polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət edib onların əziz xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.

DSX-dan News24.az-a verilən məlumata görə, hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn ediliblər.

Hərbi qulluqçuların ailələrinə baş çəkilib və baş sağ­lığı verilib.