Bakıda avtomobillə 2 maşını vurub qaçmaq istəyən keçmiş məhkum tutuldu
    • 3-12-2021, 12:21
    • 233

Bakıda avtomobillə 2 maşını vurub qaçmaq istəyən keçmiş məhkum tutuldu

Dekabrın 1-də saat 21 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Xanmirzəyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə “Mercedes” markalı 2 avtomobili vurub qaçmaq istəyərkən 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən News24.az-a verilən məlumata görə, onun narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun noyabrın 28-də rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.