Rusiya Ukraynanın hərbi gəmisinə atəş açdı - VİDEO
    • 26-11-2018, 10:40
    • 1 291

Rusiya Ukraynanın hərbi gəmisinə atəş açdı - VİDEO

Krım sahillərində Ukrayna və Rusiya arasında gərginlik yaranıb.

Rusiya su sərhədini pozma ittihamı ilə Ukrayna donanmasına atəş açıb. İnsident nəticəsində ukraynalı əskər həlak olub.

Ukrayna hərbi dəniz donanmasına aid 3 hərbi gəmi Kerç boğazına irəlilədikdən sonra gərginlik pik həddə çatıb. Ukrayna ordusu Rusiyanın gəmilərə atəş açdığını, bir əskərin öldüyünü açıqlayıb.

 Bəzi mənbələrə görə Rusiya ordusu Ukraynaya məxsus hərbi qayıqları ələ keçirib və bəzi hərbçiləri əsir götürüb.

Ukrayna mətbuatı isə Ukrayna Müdafiə Nazirliyi və Dəniz Qüvvələri internet saytlarının çökdürüldüyünü yazır.

Ukraynanın bütün dəmiryolu xəttləri ikinci bir əmrə qədər ordunun tabeçiliyinə verildi və Donbassa hərbi birliklər cəmlənir.

//Ölkə.az