Şəhid balasının bu hərəkəti hər kəsi təsirləndirdi:
    • 3-12-2021, 13:02
    • 832

Şəhid balasının bu hərəkəti hər kəsi təsirləndirdi: "Bu gülləri Cənnətdən atam göndərib" - Video

Vətən müharibəsinin şəhidi, DSX-nin baş leytenantı Elçin Əzizovun oğlu Yusif dünən atasının dayısı oğlunun toyunda iştirak edib. 

News24.az xəbər verir ki, toy mərasimini Azərbaycanın Dövlət Himninin sədaları altında içəri daxil olan şəhid balası, əlindəki gül dəstəsini gəlinə təqdim edib.

Gül dəstəsini təqdim edərkən "bu gülləri Cənnətdən atam göndərib" deməsi hər kəsi göz yaşlarına boğub.