Tut tingləri yarmarkası davam edir FOTO
    • 3-12-2021, 16:50
    • 359

Tut tingləri yarmarkası davam edir FOTO

Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı Nazirliklərinin birgə təşkilatçılığı ilə 3 dekabr 2021-ci il tarixində Xırdalan şəhərində vətəndaşlara Abşeron yarımadasının iqliminə xarakterik tut tinglərinin paylanması yarmarkası keçirilib.

News24.az xəbər verir ki, Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzinin qarşısında baş tutan aksiya zamanı vətəndaşlara ETSN-in tinglik sahələrində yetişdirilən 1000-ə yaxın tut tingləri hədiyyə edilib, mütəxəssislər tərəfindən tinglərin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.   

Yarmarka 4 dekabr 2021-ci il tarixində, saat 13:00-da Qala qəsəbəsi, Mərdəkan prospekti 89 ünvanında yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinin qarşısında davam  edəcək.