“Atam başımı qaynar peçə salmaq istəyirdi...” -14 yaşlı qızın ürəkdağlayan HƏYAT HEKAYƏSİ - VİDEO

“Atam başımı qaynar peçə salmaq istəyirdi...” -14 yaşlı qızın ürəkdağlayan HƏYAT HEKAYƏSİ - VİDEO
SOSİAL / Video / HADİSƏ

3-12-2021, 17:33

Mətn ölçüsü

14 yaşı var. Amma aldığı yaraların, ürəyində köz olan dərdlərinin sayı elə çoxdur ki...
Nə atadan yarıyıb, nə anaya güvənə bilib. Hərəsi bir cür canını yaxıb. Ona sahib çıxmamaları bir yana, evin qapısını hər küçədən keçənə açıb onu yad kişilərin oyuncağına çevirmələrini heç cür unuda bilmir... Unuda bilmədiyi başqa anlar da var. Yadına düşdükcə əlləri ilə üzünü gizlətməyə çalışdığı, dilindən daha çox göz yaşlarının anlatdığı anlar ... 


 “Atam evə günlərlə gəlməzdi. Kirayədə qaldığımız evin yerini ona mən deyirdim. Amma gələndə də çox vaxt içkili olurdu. İçəndə gözü heç kimi görmürdü. Anamı elə döyürdü ki, bədəni göm-göy olurdu...  ”
 
“..... Məktəbdə hamı valideynlərindən danışanda mən susurdum. Nə danışardım?! Həyatımda onlarla bağlı danışası bircə dənə olsa yaxşı hadisə yox idi. Həmişə kimin qızı olduğumu gizlətməyə çalışırdım. Belə ata-anam olduğu üçün utanırdım...”
“....Anam çox vaxt məni dərsə getməyə qoymurdu. Deyirdi, otur evdə, balaca qardaşına bax! Özü də “mənim işim var” deyib lazımsız yerlərə gedirdi. Səhər mənə dərsə getmə” deyə bilməməsi üçün tezdən saat 6-da evdən çıxırdım. Gəlib məktəbin gözətçisinin yanında oturub dərslərimi oxuyurdum..." 

 “Anam evimizə gələn kişilərdən biri ilə bura guya mənə dəyməyə gəlmişdi... Mən onun üzünü belə görmək istəmirəm. Nə onun, nə atamın... Bircə balaca qardaşımı görmək istəyirəm. Onun üçün narahatam. Qorxuram ki, onun da həyatı mənimki kimi olar...”  

YouTube