Bakıda marşrut avtobusları toqquşdu – FOTO
    • 6-12-2021, 11:00
    • 505

Bakıda marşrut avtobusları toqquşdu – FOTO

Bakıda 2 marşrut avtobusu bir-birinə çırpılıb.

News24.az-ın məlumatına görə, hadisə Koroğlu metrostansiyasının qarşısındakı dayanacaqda baş verib. 160 və 166 saylı marşrut xətləri üzrə hərəkət edən 2 iritutumlu avtobus bir birinə çırpılıb və nəqliyyat vasitələrinin şüşələri qırılaraq yola tökülüb. Xoşbəxtlikdən hadisə vaxtı ciddi xəsarət alan olmayıb.

Lakin avtobuslardakı sərnişinlər böyük təşviş keçiriblər.