Zaqatalada karantini pozan toy sahibi CƏRİMƏLƏNDİ
    • 6-12-2021, 11:05
    • 256

Zaqatalada karantini pozan toy sahibi CƏRİMƏLƏNDİ

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı karantin qaydalarının pozulduğu toy mərasimi aşkarlanıb.

Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Yolayrıc kəndində Nazim Buraqova məxsus evin həyətində təşkil edilən toy mərasimində iştirak edən qonaqların əksəriyyətinin, eləcə də mərasim sahibinin COVID-19 pasportu olmadığı, masalararası məsafənin gözlənilmədiyi müəyyən edilib.

Aşkarlanan qayda pozuntularına görə, N.Buraqov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat cərimələnib.