Zakir Zeynalovun vəfatından 21 il ötür - Video
    • 6-12-2021, 12:48
    • 528

Zakir Zeynalovun vəfatından 21 il ötür - Video

Bu gün Hüquq elmləri doktoru, baş ədliyyə müşaviri, Hüquq üzrə Ali Attestasiya bölməsinin rəhbəri, Milli Məclisin vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB dövlətlərinin Parlamentlərarası Assambleyasının daimi komissiyasının sədr müavini, tanınmış ictimai-siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin II çağırışında deputat seçilən Zakir Zeynalovun vəfatından 21 il ötür.

News24.az xəbər verir ki, mərhum 1991-ci ildə Sumqayıt şəhərində Yeni Azərbaycan Partiyasının təməlini qoyanlardan olub. 23 yanvar 1991-ci il tarixində Azərbaycan Milli Yaradıcılıq Akademiyasının hüquq doktoru seçilib. 1998-ci ildə Azərbaycan Respublikası Prezident Seçkilərində Prezidentliyə namizəd Heydər Əliyevin səlahiyyətli nümayəndəsi olub.

O, 2000-ci ildə 61 yaşında dünyasını dəyişib.