Məşhur səyahət verilişi Azərbaycanda - VİDEO
    • 6-12-2021, 13:31
    • 609

Məşhur səyahət verilişi Azərbaycanda - VİDEO

Dekabrın 4-də Rusiyanın “NTV” telekanalında məşhur səyahət proqramı "Поедем, поедим!"in Azərbaycana həsr olunmuş buraxılışı efirə gedib.

News24.az xəbər verir ki, proqramın çəkilişləri Azərbaycan Turizm Bürosunun dəstəyi ilə 4-8 oktyabrda baş tutub.

Dənizkənarı Bulvarın görüntüləri ilə başlayan proqramda aparıcı Federiko Arnaldi “Baku Crystal Hall”, “Dəniz Mall”, Milli Xalça Muzeyi, o cümlədən “Kiçik Venesiya” şəhərciyinin arxitekturası haqqında məlumat verib.

O bildirib ki, Bakıdakı hər bir memarlıq nümunəsi futuristik və ultramüasir görüntüsünə baxmayaraq özündə xalqın mədəni irsi və tarixi elementlərini əks etdirir.

Verilişdə, həmçinin Azərbaycan və dünyanın müasir memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzi və "Alov qüllələri" kompleksi işıqlandırılıb.İçərişəhərdə baş tutan çəkilişlərdə aparıcı Azərbaycan milli mətbəxi və ölkəmizin çay mədəniyyəti ilə tanış olub.

Veriliş çərçivəsində paytaxtın hotel, nəqliyyat və yol infrastrukturu haqqında da danışılıb. 

Çəkilişlər Bakı ilə birgə Lənkəran şəhərində baş tutub. 

Aparıcı Lənkərandakı "Sitrus bağları"na baş çəkib, regionun mətbəx nümunələrini dadıb. 

Proqram “NTV” telekanalının 14 milyondan çox abunəçisi olan rəsmi “Youtube” kanalında yerləşdirilib.