Amnistiya Aktına daha çox hansı cinayətlər törətmiş şəxslərin düşdüyü məlum olub
Bu günə qədər Amnistiya Aktının ən çox tətbiq edildiyi sahə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətlərdir (234-240).
News24.az xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.
01:36