YANĞIN ÇIXARMA xəstəliyi – DƏHŞƏTLİ PİROMANİYA nədir?

YANĞIN ÇIXARMA xəstəliyi – DƏHŞƏTLİ PİROMANİYA nədir?
MARAQLI

6-12-2021, 17:16

Mətn ölçüsü

Ölkəmizdə və dünyada baş verən bir çox yanğınların səbəbi əsasən, qlobal istiləşmə olsa da, piromaniya xəstəliyindən əziyyət çəkən şəxslər tərəfindən də kifayət qədər yanğınlar törədilir. Gəlin, piromaniyanın nə olduğuna, kimlərdə müşahidə edildiyinə və necə müalicə edildiyinə nəzər salaq.

Piromaniya yanğına qarşı müqavimət göstərə bilməmək kimi özünü büruzə verən impuls nəzarət pozğunluğunun bir növüdür. Piromaniyadan əziyyət çəkən insanlar yanğın törətməyin təhlükəli olduğunu bilirlər. Ancaq bununla belə bütün streslərini, əsəblərini yanğın çıxarmaqla özlərindən uzaqlaşdırırlar. Onlar yanğından sonra məmnunluq və ya rahatlıq hiss edirlər.


News24.az xəbər verir ki, piromaniya psixoloji xəstəlikdir. 

Ətrafı şüurlu şəkildə yandırmaq cinayətdir. Bu xəstəliyin qurbanları isə psixoloji pozğunluqdan əziyyət çəkdikləri üçün yanğınlar yaradırlar. Piromaniya nadir psixoloji pozğunluq olduğu üçün yaxşı araşdırılmayıb. Bu səbəbdən xəstəliyin tam müalicəsi yoxdur. 


Araşdırmalara görə, piromaniyadan əziyyət çəkən bir insan təxminən 6 həftədən bir yanğın törədir. Simptomlar yeniyetməlik dövründə başlayır və yetkinliyə qədər davam edə bilir. Piromaniyanın əsas əlamətləri bunlardır: 

-Yanğın törətmək üçün idarəolunmaz bir istək
-Yanğınları törədərkən və ya izləyərkən həzz almaq
-Yanğının başlamasından sonra yaranan gərginlik və ya həyəcan


Alimlərin tədqiqatlarına görə, kişilərin piromanik olma ehtimalı qadınlara nisbətən daha çoxdur. Əsasən, aşağı intellektli insanlar bu xəstəlikdən əziyyət çəkirlər. Bu psixoloji pozğunluğa məruz qalan insanların əhvalı çox dəyişkən olur. Psixoloji travmalar və cinsi problemlər piromaniyanın səbəblərindəndir. Adətən bu xəstəlikdən əziyyət çəkənlər aqressivdirlər və davamlı özlərini təzyiq altında hiss edirlər. Uşaq yaşlarında fiziki və ya mənəvi şiddətə məruz qalan, ailədə yaşadığı stresdən təngə gələn şəxslər piromanik ola bilirlər. Bu tip şəxslərdə diqqət problemi və hiperaktivlik müşahidə olunur. 



Məhərrəm Əliyev Məhərrəm Əliyev