DİN: "Bu il oğurluq hadisələri AZALIB
    • 7-12-2021, 09:53
    • 238

DİN: "Bu il oğurluq hadisələri AZALIB"

“Bu ilin yanvar-noyabr aylarında mülkiyyət əleyhinə cinayətlər sırasında oğurluq hadisələri 542 fakt azalıb”.

Bunu News24.az- sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, mülkiyyət əleyhinə cinayətlər üzrə - xüsusi əmlak üzrə oğurluqları 518, əl çantasından oğurluqlar (cibgirlik) 47, mobil telefon oğurluğu 157, mənzil və şəxsi evlərdən oğurluqlar üzrə 283 fakt azalıb: "Bu, ötən illə müqayisədə cinayətlərin ümumi indeksində yaxşıya doğru müsbət dinamikadır. Bu, onu göstərir ki, ölkəmizdə həyata keçirilən effektiv hüquq-mühafizə tədbirləri nəticəsiz qalmayıb".