Turizm bələdçilərinin şərh kitabçası hazırlanır
    • 7-12-2021, 11:47
    • 293

Turizm bələdçilərinin şərh kitabçası hazırlanır

"Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası hazırda iki layihənin reallaşdırılması üzərində çalışır. Onlardan birincisi Turizm Bələdçisinin şərh kitabçasıdır. Bu kitabça bütün turistik obyektlər, qoruqlar haqda məlumatları əhatə edəcək. Biz onu sertifikasiya alan bələdçilərə təqdim edəcəyik. Bu, turizm bələçiləri üçün vacib məqamdır. Çünki onlar obyektlər haqda qonaqlara məlumat verirlər. Onların ölkəmizin qonaqlarına eyni baza məlumatlarını verə bilmələri üçün bu kitabçaya sahib olmaları vacibdir".

News24.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bələdçiləri Assosiyasının Baş katibi Tural Musayev bildirib.Onun sözlərinə görə, 
Assosiasiya milli sertifikatlaşdırma prosesinin gələcəkdə bölgələrin hamısını əhatə etməsinə çalışır: "Rayonlarımızda da turizm bələdçiləri var, onlar  Azərbaycan Turizm Assosisasiyanın üzvləridir. Biz hazırda orda təlimlər keçirik. İndiyədək 7 rayonda təlim keçmişik. Təlimlərdən sonra imtahanla 30 nəfərdən 20 nəfər seçilib. Əgər bu sertifikanı ölkə üçün tətbiq etsək, Bakıdan gedən bələdçilər bölgədə çalışanların fəaliyyətinə maneçilik törədə bilər. Buna görə də biz istəyirik ki, bütün regionlar üzrə çalışan bələdçilər də sertifikasiya ala bilsinlər. Bunun üçün də xüsusi layihə tətbiq olunmalıdır. Eyni zamanda həmin layihəyə o bölgəni bilən ekspertlər cəlb etməliyik".

Teymur MƏMMƏDOV