Şuşada iki nəfər MİNAYA DÜŞDÜ - YENİLƏNİB
    • 9-12-2021, 13:08
    • 645

Şuşada iki nəfər MİNAYA DÜŞDÜ - YENİLƏNİB

Dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

***
12:52

Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iki mülki şəxs mina partlaması nəticəsində həlak olub.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

Əlavə məlumat veriləcək.