Məmurlar xanımları ilə qala gecəsində - Fotolar
    • 10-12-2021, 11:27
    • 825

Məmurlar xanımları ilə qala gecəsində - Fotolar

Xəbər verdiyimiz kimi, ötən gün Nizami Kino Mərkəzində “Nazik mətləb” filminin premyerası olub.  

News24.az OLAY-a istinadən xəbər verir ki, gecədə təkcə mədəniyyət xadimləri deyil, ictimai-siyası şəxslər, Milli Məclisin deputatları da iştirak edib. 

Qalaya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və həyat yoldaşı Leyla Qasımova, keçmiş Baş nazir Novruz Məmmədov xanımı ilə qatılıb.   

Həmçinin, deputat Jalə Əliyeva, Əməkdar elm xadimi Mir Cəlal Paşayevin qızı Ədibə Paşayeva, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və xanımı filmi izləyənlər arasında olub.

Fotolar: Nuran Məmmədov