Ötən gün vətəndaşlardan 15 ov tüfəngi götürüldü
    • 14-12-2021, 10:23
    • 311

Ötən gün vətəndaşlardan 15 ov tüfəngi götürüldü

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dekabrın 13-də ayrı-ayrı rayonlarda vətəndaşlardan qanunsuz saxlanılan müxtəlif markalı ümumilikdə 15 ədəd ov tüfəngi götürülüb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bundan başqa, qanunsuz saxlanılan müxtəlif markalı 2 ədəd ov tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.