İsmayıllı sakinindən ov tüfəngi götürüldü
    • 15-12-2021, 10:18
    • 252

İsmayıllı sakinindən ov tüfəngi götürüldü

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Enişdibi kənd sakini Mahir Alcanovdan qanunsuz olaraq saxladığı "İJ-16"markalı ov tüfəngi götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.