Bakıda bu yolda üç gün təmir aparılacaq

Bakıda bu yolda üç gün təmir aparılacaq Sosial
Bakı şəhəri, 8 Noyabr prospektində üç gün təmir işləri aparılacaq. 

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri 16-18 dekabr tarixlərində (3 gün) aparılacaq.

Sürücülərdən qeyd olunan vaxt çərçivəsində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.