"Azərbaycan uşaqları digər ölkələrə nisbətən DAHA KÖKDÜR
    • 16-12-2021, 12:14
    • 486

"Azərbaycan uşaqları digər ölkələrə nisbətən DAHA KÖKDÜR" - Ekspert

"2016-2020-ci illərdə apardığımız elmi tədqiqatda biz uşaqları Türkiyənin 2008-ci il və ÜST-nin 2012-2013-cü illərinə aid olan cədvəlləri ilə müqayisə etdik. Elmi tədqiqatlarımızın nəticələrinə görə, xüsusən 5-6 yaşa qədər olan uşaqlarda həm çəki nisbətən artıq idi, həm də bədən kütlə indeksi daha yüksək idi".

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov deyib.

O qeyd edib ki, burada çox faktorlar ola bilər: "Məsələn, düzgün olmayan qidalanma, oturaq həyat tərzi və s. Əlbəttə ki, elmi tədqiqatın nəticələri bizi narahat edir, çünki piylənmə son illərdə dünyada davam edən ən böyük problemlərdən biridir".