-
- 17-12-2021, 14:45
- 413
Prokurorluq Bakıda 18 il əvvəl qətl törədən şəxslə bağlı məlumat yaydı
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdən bağlı qalan cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, 29 dekabr 2003-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində “Qaz-24” markalı avtomaşında Əmirov Ramiz İsa oğlunun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması faktı ilə bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır.
Lakin sonradan cinayət işi Baş Prokurorluqda öyrənilmiş və iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılmışdır.
Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Bəxtiyar Dadaşov tanışı İlham Məmmədovda 29 dekabr 2003-cü il tarixdə “Fəvvarələr meydanı” adlanan ərazidə gəzərkən pul qazanmaq məqsədi ilə taksi sürücüsünü oğurlamaq qərarına gəlmişlər.
Bunun üçün “Qaz 24” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Ramiz Əmirova yaxınlaşıb Əmircan qəsəbəsinə aparmağa dair razılaşmışlar, ünvana çatdıqdan sonra gecə vaxtı olmasından istifadə edərək hər ikisi Ramiz Əmirova müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə pulunu ələ keçirmişlər, bununla qane olmayıb sonuncunun arvadına zəng edib ərini oğurladıqlarını, sərbəst buraxılması müqabilində pul tələb etmişlər. Lakin bir müddət sonra Bəxtiyar Dadaşov və İlham Məmmədov ifşa olunmaqlarından ehtiyatlandıqları üçün Ramiz Əmirovu boğaraq qəsdən öldürmüşlər.
İstintaq zamanı hadisə yerindən götürülmüş maddi sübutlar və izlər istintaq hərəkətləri ilə bir daha yoxlanılmış, həmin vaxt hadisə yerində aparılmış telefon danışıqları təhlil edilmiş, hadisənin baş verdiyi yerin yaxınlığında yaşayan bütün şahidlər müəyyən edilərək dindirilmişdir.
Keçirilmiş zəruri istintaq hərəkətləri nəticəsində 15 dekabr 2021-ci il tarixdə Bəxtiyar Dadaşova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələri ilə ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayətin digər iştirakçısı olan İlham Məmmədovun vəfat etməsi səbəbindən onun barəsində cinayət işi üzrə icraata xitam verilmişdir.
Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.