"Xüsusi təyinatlı İBAD 2" filminin təqdimatı oldu - FOTOLAR - VİDEO
    • 27-11-2018, 14:28
    • 4 912

"Xüsusi təyinatlı İBAD 2" filminin təqdimatı oldu - FOTOLAR - VİDEO

Noyabrın 24-ü Milli Qəhrəman İbad Hüseynlinin savaş yolundan bəhs edən "Xüsusi təyinatlı İBAD 2" filminin təqdimatı olub. Nizami Kino Mərkəzində baş tutan təqdimatda ictimai-siyasi xadimlər, eləcə də bir sıra incəsənət və media nümayəndələri iştirak ediblər.

Tədbirə xüsusi qonaq qismində qatılan Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu açılışda çıxış edərək qeyd edib ki, İbad Hüseyli qəhrəmanlıqları ilə Türkiyədə də bilinir. Milli qəhrəmanımız haqda geniş danışan baş məsləhətçi səhnədə yaradıcı heyətə mükafatlar təqdim edib. Sonra filmə baxış keçirilib.

Qeyd edək ki, filmdə ermənilərin Kür sahilində törətmək istədikləri növbəti terror aktının qarşısının İbad Hüseynov və dəstəsi tərəfindən rəşadətlə alınmasından bəhs edilir. Ekran əsərinin quruluşçu rejissoru Natiq Novruzov, ikinci rejissoru Rəşad Nuridir. Döyüş səhnələri ilə zəngin filmdə İbad rolunu aktyor Elçin Məmmədli canlandırıb. Filmdə, həmçinin xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Xalidə Quliyeva və başqaları çəkiliblər.
Xatırladaq ki, "Xüsusi təyinatlı İBAD 2" filmi rejissor Natiq Novruzovun Milli Qəhrəman İbad Hüseynlinin savaş yolundan bəhs edən ikinci filmdir.

Azər NƏSİBOV