COVID pasportu olmayan 65 nəfər toylara buraxılmadı
    • 21-12-2021, 10:43
    • 257

COVID pasportu olmayan 65 nəfər toylara buraxılmadı

Dekabrın 20-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 143 toy şənliyinin monitorinqini həyata keçirib.  

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, monitorinq 138 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 
 
- 65 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.