İntiharla bağlı məlumatları yayan direktora - xəbərdarlıq edildi

İntiharla bağlı məlumatları yayan direktora - xəbərdarlıq edildi Hadisə
Qusarda intiharla bağlı qadağan edilmiş məlumatları yaydığına görə məktəb direktoruna xəbərdarlıq edilib. 

Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, rayonun Yuxarı Zeyxur kənd orta məktəbinin direktoru Hikmət Camirzə oğlu Ağacanov “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən qanun pozuntusuna yol verib.

Xatırladaq ki, direktor sözügedən məktəbdə intihar edən 14 yaşlı şagirdlə bağlı mediaya açıqlama vermişdi.