Vətəndaşlardan daha 7 ov tüfəngi götürüldü
    • 22-12-2021, 10:43
    • 307

Vətəndaşlardan daha 7 ov tüfəngi götürüldü

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 21-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 7 ədəd ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 4 silah könüllü olaraq polisə təhvil verilib.