-
- 22-12-2021, 15:38
- 479
Uşaqlar arasında xəstəliklərin yayılmasının səbəbləri açıqlandı
“Məktəb və bağçaların açılması, ünsiyyət mühitinin genişlənməsi uşaqlar arasında xəstəliklərin artmasına səbəb olub. Çünki bu zaman üst və aşağı tənəffüs yolları infeksiyaları aktivləşir”.
News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.
O qeyd edib ki, bəzən uşaqlar xəstə olduğu zaman ətrafındakıları da tez bir zamanda yoluxdururlar: “Əlamətlər əsasən qızdırma, öskürək, burun axıntısı, halsızlıq, iştahsızlıq kimi özünü büruzə verir. Valideynlər övladlarının mütəmadi şəkildə xəstələnməsindən çox narahat olurlar. Əslində uşaqlar fərqli viruslara yoluxur, sadəcə əlamətlər eynidir. Təbii ki, uşaqlar da koronavirusa yoluxa bilər. Amma onların mövsümi xəstəlikləri COVID-19 deyil”.
Nazirlik rəsmisi bildirib ki, pandemiya dövründə bəzi valideynlər övladlarına peyvənd vurdurmaqdan ehtiyat edirlər: “Hətta etdirilməsi mütləq olan peyvəndlər gecikdirilir. Bu səbəbdən və ünsiyyət artdığından xəstəliklərə yoluxma ehtimalı da artmış olur. Qızılca və digər təkrar artma təhlükəsi olan xəstəliklərə yenidən rast gələ bilərik. Odur ki, buradan valideynlərə səslənirəm ki, bütün peyvəndləri vaxtında vurdursunlar. Xüsusilə də qrip virusuna qarşı peyvənd vurulmalıdır. Bu peyvəndi 6-cı aydan sonra vurdurmaq mütləq şəkildə tövsiyə olunur”.
E.Rəhimovun sözlərinə görə, ilk 6 ayda körpələrdə tez-tez xəstələnmə müşahidə olunmur: “Çünki həmin müddətdə anadan körpəyə cift yolu ilə keçən qoruyuculuq olur. 6-cı aydan sonra qoruyucu funksiyalar azalır. Ana südü də körpələri qoruyur. 6 ay-2 yaş müddətində ünsiyyət artır və nisbətən tez-tez xəstələnmə olur. Bu müddətdə ayda iki dəfə xəstələnmə normaldır. Ən pik xəstələnmə göstəricisi bağça yaşlarında - 2-5 yaşda qeydə alınır. Lakin xəstələnmə tezliyinin səbəbini araşdırmaq lazımdır. 6 yaşdan yuxarı uşaqlarda isə xəstələnmə tezliyi aşağı düşür”. /Report.az/