Botoksun yaradıcısı öldü
    • 22-12-2021, 15:57
    • 308

Botoksun yaradıcısı öldü

Amerikalı oftalmoloq və botoks preparatının yaradıcısı Alan Skott dekabrın 16-da Kaliforniyada 90 yaşında vəfat edib.

News24.az
"Washington Post"a istinadən xəbər verir ki, bu barədə A.Skottun qızı məlumat yayıb. 

Onun sözlərinə görə, atasının ölüm səbəbi sepsisin ağırlaşması olub. Skott dekabrın 16-da ABŞ-ın Kaliforniya ştatında xəstəxanada dünyasını dəyişib.

Qeyd edəkk i, Botulinum toksini İkinci Dünya Müharibəsi zamanı əzələ iflicinə və ölümünə səbəb olan bioloji silah kimi yaradılıb. Elm adamları daha sonra onun müharibə aparmaq üçün uyğun olmadığı qənaətinə gəliblər və toksin nümunələrini Skotageri qaytarıblar.

1960-cı illərdə Alan Skott bu maddəni oftalmik istifadə üçün araşdırıb. O, təmizlənmiş toksinin çəpgözlük və blefarospazmı müalicə etmək üçün istifadə oluna biləcəyini təklif edib. Həmin vaxt hipotez təsdiqlənib.

ABŞ Qida və Dərman İdarəsi (FDA) 2002-ci ildə botoksu kosmetik istifadə üçün rəsmi olaraq təsdiqləyib.