Pirotexniki vasitələr satan şəxs saxlanıldı
    • 22-12-2021, 18:39
    • 379

Pirotexniki vasitələr satan şəxs saxlanıldı

Masallıda pirotexniki və tezalışan maddələr satan şəxs aşkarlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi profilaktik tədbirlər zamanı rayon sakini Elçin Hacıyevin Masallı şəhəri ərazisində yerləşən özünə məxsus mağazada gizli şəkildə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satışını təşkil etdiyi müəyyən edilib.

Həmin mağazaya baxış keçirilən zaman pirotexniki vasitələr aşkarlanaraq götürülüb.

Faktla bağlı onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.