-
- 24-12-2021, 10:51
- 1 376
2022-ci ildə bu tarixədək EVLƏNMƏK TƏHLÜKƏLİDİR: Dünyanı NƏLƏR GÖZLƏYİR? – Məşhur astroloqlar AÇIQLADI
2021-ci il - öküz ilinin yekunlaşmasına sayılı günlər qalıb. Çin qoroskopuna görə, bizi 2022-ci il pələng ili gözləyir.
Tanınmış astroloq Səbuhi Rəhimli News24.az-a açıqlamasında növbəti illə bağlı siyasi-ictimai proqnozunu səsləndirib.
O bildirib ki, hər ilin öz qanunauyğunluğu, zaman xarakteristikası var: “Bu günə qədər pələng ili müharibələrlə yadda qalıb. İki dünya müharibəsinin hər ikisi və 7 milyon insanın ölümünə səbəb olan Çernobıl faciəsi pələng ilində baş verib. Sui-qəsdlər daha çox bu ildə olub. 20-ə yaxın dövlət pələng ilində öz müstəqilliyini elan edib. Əsarətdə olan Əlcəzair, Cənubi Afrika kimi dövlətlər pələng ilində müstəqillik əldə edib. 1986-cı il pələng ilinə təsadüf edib. Elə məhz həmin il də SSRİ parçalanmağa başlayıb. Ancaq yalnız bədbin hadisələri sadalamaq istəmirəm. Çünki bu dövrdə sülh müqavilələri də bağlanıb. Pələng ilində müharibələr olsa da, "pələng" dünyaya daha çox demokratiya gətirən ildir. Hər ilin öz devizi var. Məsələn, 2020-ci ilin devizi belə idi: “haqlı olmaq azdır, həm də güclü olmalısan”. Biz Azərbaycan xalqı olaraq haqlı idik, amma güclümüzü göstərə bilməmişdik. 2020-ci ildə isə Qarabağ cəbhəsində öz gücümüzü dünyaya göstərdik. 30 illik nisgili azaltdıq. 2022-ci ilin devizi isə belədir ki, “gücün varsa, haqlısansa, irəlilə”. Yəni zalımın zülmünə qarşı əlindəki əsaslı arqument varsa, bunu nümayiş etdir. 2022-ci ildə dünyada ixtişaşlara, narazı kütlələrin oyanmasına şahid olacağıq. Bu proses müxtəlif sferalarda özünü göstərəcək”.
Astroloq qeyd edib ki, 2022-ci ildə Azərbaycanda hər hansı növbədənkənar parlament seçkiləri və ya referendum olmayacaq. Qarabağda müharibə ehtimalı da yoxdur: “Ötən il də bu proqnozu vermişdim. Müəyyən antiterror əməliyyatları ola bilər. 2021-ci ildə mən müharibə olmayacağı proqnozunu verəndə siyasətçilər, rəsmilər müharibənin qaçılmaz olduğunu deyirdilər, hətta tarix bildirirdilər. Ancaq mən emosional adam deyiləm. Sırf elmi hesablamaları ortaya qoyuram. Təbii ki, burada siyasi situasiyanı, coğrafi amilləri də nəzərə alıram”.
Dünyada qlobal müharibə olmayacaq
Bəzi iddialar səslənir ki, 2022-nin fevral ayında böyük müharibə olacaq, yaxud da ilin birinci yarısında yeni müharibə ehtimalı gözlənilir. Bütün bu versiyaları təkzib edirəm. Məsələn, 2022-ci ildə Ukrayna-Rusiya münasibətlərində müharibə ehtimalını görmürəm. Rusiya hər hansı bir ölkə ilə müharibə etməyəcək. Çin və Tayvan, Şimali Koreya və Cənubi Koreya arasındakı gərginlikdə də qarşıdurma ehtimalı yoxdur. Məhəlli münaqişələr formasında müharibələr ola bilər, ancaq qlobal dünya müharibəsi səviyyəsində nəsə görmürəm. Bundan əlavə, Rusiya Paşinyanı devirməyə cəhd edir. Ancaq bu addım fiaskoya uğrayacaq. Ötən il də bu fikri demişdim. Politoloqların əksəriyyəti mənə güldü”.
İstefalar və koronavirus
O, təhsil və səhiyyə sahələrində istefalar olacağını dilə gətirib: “2021-ci illə bağlı proqnoz verəndə istefaların episentrində icra başçılarının olacağını vurğulamışdım. Təxminən 15-16 icra başçısı işindən azad oldu. 2022-ci ilin istefalarının episentrində səhiyyə və təhsil strukturunda işləyənlər olacaq. Bütün bu proseslər mən yazıram deyə olmur. Bu fikirləri desəm də, deməsəm də, reallaşacaq.
Ötən ilin proqnozunu verəndə qeyd etmişdim ki, mayın sonlarından etibarən yumşalmalar olacaq. Doğrudan da, mayın 31-də küçədə maska taxma məcburiyyəti ləğv edildi, toylara icazə verildi. 2022-ci ilin ikinci yarısında isə koronavirus öz mahiyyətini sürətlə itirməyə başlayacaq”.
“2022-ci il Azərbaycan üçün uğurlu olacaq. Ancaq dünyada olan xaoslar davam edəcək. Dünyada dəyişiklik 2024-ə kimi olacaq. 2024-dən sonra hər şey öz yerini tapacaq”.
Bunu isə saytımıza açıqlamasında məşhur astroloq, metafizik, taroloq, Fenq Şui üzrə mütəxəssis Məryəm Teymur deyib.
O, əvvəlcə pələng ilinin xarakteristikasından söz açıb: “Pələng güclü enerjini özündə ehtiva edir, istedad, nəciblik və xoşbəxtlik simvoludur. Bu enerji həm konstruktiv, həm də dağıdıcı məqsədlər üçün istifadə edilə bilər. Pələng həm də kral ləyaqətini, qəddarlığı və sürəti simvolizə edir. Bəzən aqressiv, bəzən isə sakit olur. 2022-ci il də xüsusiyyətləri nümayiş etdirəcək. 2022-ci ildə həm fiziki, həm mənəvi təmiz, güclü, olmalı, müsbət əhvali-ruhiyyədə qalmalı, özümüzü xəstəliklərdən qorumalı, ruhumuzu şadlandırmalı və ağıl sərhədlərimizi genişləndirməliyik. Bütün enerjilər insanın özünə yüklədiyi niyyət və elmlə dəyişə bilər. Biz öz qismətimizi özümüz yazırıq”.
Uğura gedən yol
M.Teymur vurğulayıb ki, 2022-ci ildə neqativ ulduzlar gələ bilər: “Qarşıdan gələn ildə sağlamlığımıza zərər verə və münaqişələrə qoşularaq, psixologiyamızı korlaya bilərik. Başqalarının tələsinə düşmək ehtimalımız var. Bəzi vaxtlarda neqativ halları gözardı edə və ya zərərsizləşdirə bilərik. Yaxud da həmin auradan, mühitdən uzaqlaşmaq olar. Daxilimizdəki neqativ enerjini təmizləməli, düşüncələrimizi isə tənzimləməliyik. Metafizikaya görə, ilin uğurlu rəqəmləri 816, 618, 61, 81, 68 və 86-dır. 8,6,1 eyni istiqamətdə olduğu üçün xoşbəxtlik görünür. Daxilimizdə olan potensialı 2022-ci ildə üzə çıxara biləcəyik. Müəyyən vaxtlarda neqativ ulduzlar əhvalımızı korlaya bilər. Bu zaman problemlərə uyğunlaşmağa çalışmalıyıq. Daha çox səyahətlər edəcəyik. Özümüzü dinləməyi bacarmalıyıq”.
O, əlavə edib ki, 2022-ci ildə Azərbaycanda yeni elm adamları üzə çıxa bilər: “İnformasiya və mədəniyyət istiqamətlərində inkişaf olacaq. 2022-ci il öz gücünü Venera planetindən alacaq. Venera planeti ruzi-bərəkət, şan-şöhrət və zövqü ifadə edir. Sevgi ilə bağlı məsələlərdə fəaliyyətimiz qısa müddətdə effektsiz ola bilər. Ancaq bir az gözləyib, analiz etməliyik. Borclarımızı ödəməliyik. 2022-ci ildə martın 3-ə qədər evlənmək təhlükəlidir. Ancaq həmin tarixdən sonra fəaliyyətə keçə bilərsiniz. Venera oğlaq bürcündə olduğu üçün müəyyən sərhədlər var. 2022-ci ilin 18 yanvar tarixindən sonra ay düyünləri əlamətlərini dəyişərək buğa və əqrəb bürcünə keçir. Maliyyə məsələləri ilə bağlı yeniliklər olacaq. Pələng ili öyrənməyə çağırış edir və buna imkanlar yaradır. Ancaq pələng aqressiv olduğu üçün müəyyən maneələr ola bilər”.
Şöhrət ulduzları kimlərin bəxtinə çıxacaq?
Astroloq bildirib ki, siçan ilində doğulanlar 2022-ci ildə bütün istedadlarını, potensiallarını üzə çıxarmaqla yüksələ bilərlər: “Siçan ilindən olanlara uğurlu ilin gəlişi görünür. Şanslar bol olacaq. Ancaq insan özü həmin şanslardan istifadə etməlidir. Buğa ilində doğulanlar üçün ruzi-bərəkətli və uğurlu il olacaq. Pələng ilində doğulanlar isə köhnə həyatdan qurtulub, yenisinə can atmalıdır. Dovşan ilində doğulanların sağlamlığında problemlər və münaqişələr olacaq. Ancaq sakit bürc olduqları üçün bu problemlərin öhdəsindən gələcəklər. Əjdaha ilində doğulanlar işdə və sevgidə uğur qazanacaqlar. İlan ilində doğulanlara sevgidə və iş həyatında yeni fürsətlər yaranacaq.
At ilində doğulanlar üçün uğur və firəvan həyat gözlənilir. Bu ildə doğulanların cəhdlərinin nəticələri olacaq. Keçi ilində doğulanlar üçün xəstəlik ulduzu var. Daha diqqətli olmalı, profilaktikanı unutmamalıdılar. Meymun ilində doğulanlar üçün də sağlamlıqda və münasibətlərdə ziyan görünür. Xoruz ilində doğulanlar üçün xaos ulduzu var. Xəyanətdən, yalandan, neqativ insanlardan qorunsalar, uğur əldə edəcəklər. İt və donuz ilində doğulanlar üçün çox gözəl şöhrətli ulduzları olacaq. Bu illərdə doğulanlar daxili gücünü artırıb, xarici imkanlarını çoxalda bilərlər. Onlar dörd yox, altı tərəfdən uğur qazanacaqlar”.
Məhərrəm Əliyev