"Qəmin qəmim olsun, Şəhid anası" - VİDEO

"Qəmin qəmim olsun, Şəhid anası" - VİDEO
MƏDƏNİYYƏT

28-12-2021, 11:22

Mətn ölçüsü

Azərbaycan tarixinin yeni salnaməsini yazan 44 günlük Vətən müharibəsi qəhrəmanları, nur üzlü şəhidlərimizin ailələri bizə əmanətdir. Təqdim edəcəyimiz "Şəhid anası" şeir -kompozisiyası da məhz baş tacımız, qürur yerimiz olan şəhid analarına həsr olunub. O analar ki, İkinci Qarabağ savaşında mərdlik nümayiş etdirərək əsl Azərbaycan qadınının simvoluna çevrildilər. 


"Şəhid anası" şerinin müəllifi Lətifə Talib (Əliyeva) News24.az-a açıqlamasında bildirib ki, övladları şəhadətə yetişən anaların yenilməzliyi, mərdliyi, Vətənə sevgisi bu şeirin ərsəyə gəlməsinə səbəb olub:"44 günlük Vətən savaşı göstərdi ki, nəinki oğullarımız, hətta qadınlarımız, analarımız belə əsl  qəhrəmandırlar. Böyüyüb boya-başa çatdığım Cəlilabad rayonu Göytəpə qəsəbəsi də Vətən savaşında şəhidlər verdi.  O analarla dərdləşdim, qəmlərinə şərik oldum. Özümü onların yerinə qoydum. Övladı ilə vidalaşan anaları,  gözünün yaşını silərək, "Ağlamayacağam, qoy, düşmən göz yaşıma sevinməsin, Vətən sağ olsun, balam bu torpağa qurban olsun"  deyən qürurlu anaları gördüm. O anaların qarşısında baş əyirəm. Bu şeiri də bütün şəhid analarına həsr edirəm"- deyə yazar əlavə edib.
 
Yazar onu da qeyd edib ki,  onun "Azad kələğayı", "Azərbaycan əsgəri", "Vətən yanğısı",  "Qanlı tarix", "Aprel döyüşləri", Hələ öndədir",
,Şəhidlər." və sair bu qəbildən olan şeirləri də  məhz Vətən mövzusuna həsr olunub . 

Qeyd edək ki, Lətifə Talibin şeirləri müxtəlif dövrlərdə 525-ci qəzet, "Kaspi", "Üç nöqtə" qəzetlərində və "Publika az" saytında dərc olunub. 

News24.az

YouTube