Kürdəmir sakinindən “Kalaşnikov” götürüldü - FOTO
    • 25-12-2021, 12:44
    • 608

Kürdəmir sakinindən “Kalaşnikov” götürüldü - FOTO

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional News24.az-a qrupundan bildirilib ki, daxil olmuş məlumat əsasında Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən rayonun Xırdapay kənd sakini Dəyanət Əliyev həmin kənd ərazisində saxlanılıb.

Daha sonra RPŞ-yə gətirilən D. Əliyevin rayonun Sor-sor kəndində odlu silah gizlətdiyi müəyyən edilib.

Davam etdirilən tədbirlərlə onun kənd ərazisində gizlətdiyi atəşə yararlı vəziyyətdə olan AK-74 markalı “Kalaşnikov” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.