Bu rayonlarda qaz kəsiləcək
    • 27-12-2021, 18:48
    • 488

Bu rayonlarda qaz kəsiləcək

Üç rayonun qaz təchizatı dayandırılacaq.

News24.az
xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” magistral qaz kəmərində əmələ gəlmiş güclü sızmanın qarşısının alınması məqsədilə sabah saat 11:00-dan etibarən təmir işlərinə başlanılacaq.

Təmir işləri başa çatanadək İmişli rayonunun tam olaraq, Saatlı və Sabirabad rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Qaz təchizatının bərpası günün ikinci yarısı saat 17:00-dək planlaşdırılır.