Avrora Qrup Yeni İl ərəfəsində “ASAN Məktub”la uşaqların arzularını reallaşdırdı - FOTOLAR/VİDEO

Avrora Qrup Yeni İl ərəfəsində “ASAN Məktub”la uşaqların arzularını reallaşdırdı - FOTOLAR/VİDEO
SOSİAL / Foto / Video

30-12-2021, 11:28

Mətn ölçüsü

Avrora Qrup “ASAN Məktub” sosial proqramı ilə birlikdə Yeni İl münasibəti ilə Sumqayıt, Salyan, Sabirabad, Bərdə və Şəki şəhərində yaşayan şəhid, qazi və aztəminatlı ailələrin uşaqlarına isti geyimlər, oyuncaqlar və məktəb ləvazimatları hədiyyə edib. 

News24.az xəbər verir ki, sosial aksiyanın məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

“ASAN Məktub” sosial proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs nəticəsində www.asanmektub.az saytına məktub göndərən 60 nəfər uşağın arzuları çin olub. 

Avrora Qrup 2021-ci il ərzində "Korporativ sosial məsuliyyət proqramı"nda xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlamış və 2022-ci ildə də silsilə tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur. 

Layihə haqqında ətraflı video linkdə: https://www.youtube.com/watch?v=is1USjGjMSk&ab_channel=AvroraGroup 

#AvroraQrup #AvroraMMC #AvroraGroup #Asanmektub #Yeniil #bayramhediyyesi #Şaxtababa #sosialproqram

YouTube