-
- 30-12-2021, 16:13
- 625
“Alyans” şadlıq evinin rəhbəri həbs edildi
Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən “Alyans” şadlıq evində koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkar edilib.
DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şadlıq evində karantin qaydalarının pozularaq 150 nəfərdən artıq şəxsin iştirakı ilə toy məclisi təşkil edildiyi məlum olub. Tədbir nəticəsində şadlıq evini icarə əsasında işlədən Rufan Qasımov Abşeron Rayon Polsi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində inzibati protokol tərtib edilib və məhkəmənin qərarı ilə həmin şəxs 8 sutka inzibati qaydada həbs olunub.