Evindən uzaqlaşan 2 koronavirus xəstəsi GERİ QAYTARILDI
    • 1-01-2022, 10:42
    • 626

Evindən uzaqlaşan 2 koronavirus xəstəsi GERİ QAYTARILDI

Dekabrın 31-də polis əməkdaşları tərəfindən respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

News24.az xəbər verir ki, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.