Fransada istehsal olunan Segah ətri
    • 6-01-2022, 14:27
    • 806

Fransada istehsal olunan Segah ətri

Fransada istehsal edilən Azərbaycanın milli parfümü “Mugham” kolleksiyasına daxil olan növbəti ətrin tanıtım çarxını təqdim edib.

News24.az xəbər verir ki, bu dəfə ki, reklam çarxı “Segah” ətrinin gözəlliyini təcəssüm edir.

“ “Segah” - təbiətin sevgiylə, hüznün hüzurla ən gözəl vəhdətidir. Ona valeh olmamaq mümkünsüzdür. Şaftalı, portağal çiçəyi, vanil, yasəmən notları sizi hər zaman məftun edəcək”.

İstər kişilərin, istərsə də qadınların sevərək seçdiyi “Mugham” ətirləri nadir və davamlı xammaldan hazırlanaraq məhdud sayda satışa çıxarılır. Dizayn və qablaşdırma İngiltərədə, parfüm isə Fransada istehsal edilir.

Qeyd edək ki, "Mugham"ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında da mağazası var. Muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan bənzərsiz ətir kolleksiyası özünəməxsus qoxusu ilə qardaş ölkənin vətəndaşlarını da məmnun etməkdədir.