Bakı Baş Gömrük İdarəsinə təyin olunan yeni rəis Pərviz Kəngərli peşəkar güllə atıcısıdır - FOTO
    • 10-01-2022, 16:07
    • 8 341

Bakı Baş Gömrük İdarəsinə təyin olunan yeni rəis Pərviz Kəngərli peşəkar güllə atıcısıdır - FOTO

Xəbər verdiyimiz kimi, ötən günlərdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin imzaladığı müvafiq əmrlə komitədə bir sıra rəhbər vəzifələrə yeni təyinatlar olub. 

News24.az-ın məlumatına görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsinin rəisi vəzifəsindən azad edilərək Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunan Kəngərli Pərviz Muxtar oğlu bu gün kollektivə təqdim olunub. 

P.Kəngərlini kollektivə Dövlət Gömrük Komitəsinin rəisi Səfər Mehdiyevin I müavini İsmayıl Hüseynov təqdim edib.

Onu da əlavə edək ki, Sumqayıt Baş Gömrük İdarəsinə təyin olunan yeni rəis Çöşğun Əhmədzadə də bu gün kollektivə təqdim olunub.

Qeyd edək ki, P.Kəngərli daha əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsində maliyyə şöbəsinə rəhbərlik edib. 

Bundan başqa, Pərviz Kəngərli həm də peşəkar güllə atıcısı kimi tanınır və bir sıra turnirlərdə iştirak edərək qaliblər sırasında olub.