Gəncə sakinindən silah-sursat götürüldü
    • 11-01-2022, 11:22
    • 247

Gəncə sakinindən silah-sursat götürüldü

Gəncə şəhər sakinindən silah-sursat götürülüb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Gəncə şəhər sakini S.Bağırov tapdığı “Naqan” markalı tapançanı və 79 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Nəqliyyatda Baş Polis İdarəsinə təhvil verib.