Əxlaqsızlıq yuvasına polis basqını - Məktəb avtobuslarında da... - VİDEO
    • 11-01-2022, 11:36
    • 617

Əxlaqsızlıq yuvasına polis basqını - Məktəb avtobuslarında da... - VİDEO

Türkiyədə əxlaqsızlıq yuvasına polis basqını olub.

News24.az "Haberler"' istinadən xəbər verir ki, Yalovada bölgəsində həyata keçirilən əməliyyat zamanı 24 nəfər saxlanılıb. 

Onlardan 14-ü kişidir. Həmin şəxslər 'fahişəliklə məşğul olmaq' və 'fahişəliyə vasitəçilik' ittihamı ilə polis idarəsinə aparılıblar. Əcnəbi qadınlar isə  deportasiya olunmaq üçün immiqrasiya idarəsinə göndəriliblər.

Hadisə ilə bağlı başladılan istintaqda 14 şübhəlidən 4-nün dövlət məmuru olduğu öyrənilib.

Özbəkistan və Qırğızıstandan olan 10 qadının qumarxanalarda işlə təmin edildiyi və fahişəlik üçün müraciət edilən ünvanlara yönləndirildiyi, ticarət və məktəb avtobuslarından fahişəlik məqsədilə istifadə edildiyi bildirilib.