Şadlıq sarayının sahibi HƏBS EDİLDİ
    • 13-01-2022, 15:34
    • 463

Şadlıq sarayının sahibi HƏBS EDİLDİ

Lənkəranda karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində təşkil edilən şənlik mərasimlərindən birində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, “Sultan” şadlıq sarayında təşkil edilən nişan mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi aşkarlanıb. Həmin şadlıq sarayının sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.