Məktəbin həyətində gənc qız sinif yoldaşının saçından tutub sürüdü
    • 13-01-2022, 16:42
    • 574

Məktəbin həyətində gənc qız sinif yoldaşının saçından tutub sürüdü

Türkiyənin Antalya vilayətinin Serik rayonunda yerləşən məktəblərdən birində şagirdlərdən birinin digərini amansızlıqla döyməsinin görüntüləri yayılıb.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün sosial mediada sürətlə yayılan görüntülərdə yeniyetmə qızın həmcinsi olan digər şagirdi yerə yıxaraq döydüyü, palçığa salıb sürüdüyü, başını dəfələrlə yerə vurduğu görünür. Bu zaman oğlan şagirdlərdən biri onları ayırmağa cəhd etsə də, hadisəni anbaan videoya çəkən qız ona mane olub və dalaşanları ayırmağa imkan verməyib.

Görüntülər böyük etiraza səbbə olub. Xüsusilə döyülən qızı digər şagirdin əlindən almağa çalışan şəxsə mane olan qızın haqqında sərt fikirlər bildirilib.